Əfv Məsələləri Komissiyası 100-dən çox müraciətə baxıb

17 Yanvar 2023 19:54

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın son iclası yanvarın 13-də keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb. Ümumilikdə 2 iclası ərzində əfvlə bağlı 200-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar verilib.

Komissiyanın növbəti iclasının yanvarın 24-də keçiriləcəyi nəzərdə tutulur.

Milli.Az