Naxçıvanın fövqəladə hallar naziri işdən çıxarıldı - YENİ TƏYİNAT

17 Yanvar 2023 15:01

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

Milli.Az bildirir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.

Onun yerinə artıq təyinat olub.

Naxçıvan fövqəladə hallar nazirinin dəyişməsi ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Naxçıvana səfər edib.

Nazir kadr dəyişikliyi ilə əlaqədar toplantı keçirib, yeni naziri təqdim edib.

Milli.Az