“Yeni virusdan qurtulmaq çox çətindir”

17 Yanvar 2023 20:30

Müğənni Günay İbrahimli səhhəti barədə açıqlama verib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi instaqram hesabında video paylaşaraq xəstəliyi ağır keçirdiyini bildirib:

"Yavaş-yavaş özümə gəlirəm, normal həyata qayıdıram. Özünüzü qoruyun. Bu yeni virus o qədər ağrılıdır ki, qurtulmaq çox çətindir. Ən azı altı gün insan özünə gələ bilmir". 

Milli.Az