ABŞ Ukraynadan “peşka” kimi istifadə edir - Karpenter

17 Yanvar 2023 15:34

ABŞ hazırda Ukraynadan NATO-nun Rusiyaya qarşı proksi müharibəsində "peşka" kimi istifadə edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Katon İnstitutunun baş elmi işçisi Ted Qalen Karpenter deyib.

Onun sözlərinə görə, Ağ Evin bu strategiyası qanlı, çoxillik münaqişənin qorxulu perspektivini yaradır:

"Qorxuram ki, bu qarşıdurma Rusiya ilə NATO arasında açıq müharibəyə çevrilə bilər. Bu da nüvə silahından istifadəyə gətirib çıxarar".

Karpenter bildirib ki, Ukraynada münaqişənin bitməsi üçün mütləq danışıqlar aparılmalıdır.

Milli.Az