ABŞ-ın Kaliforniya ştatında baş verən daşqınlar və qasırğa nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 26-dan bu yana leysan yağışlarından və daşqınlardan zərər çəkən rayonların on minlərlə sakini təxliyə olunub.
Yanvarın 15-də Ağ ev ştat ərazisində fövqəladə vəziyyət rejimi elan edib və əlverişsiz hava şəraitindən zərər çəkmiş ərazilərə federal yardım ayırıb. Agentlik bildirir ki, ABŞ Prezidenti Cozef Bayden yanvarın 19-da vəziyyəti yerində qiymətləndirmək üçün Kaliforniyaya səfər edəcək.
Milli.Az