Bakıda əsas sürüşmə zonalarındakı vəziyyət açıqlanıb

17 Yanvar 2023 11:38

"Hazırda ölkədə sürüşmə zonaları ilə bağlı durum stabildir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, sürüşmə ilə bağlı sonuncu monitorinq ötən gün Zığ, Badamdar və Qaraçuxurda aparılıb: "Texnogen faktorların qarşısının alınması istiqamətində işlər davam etdirilir. Ölkə ərazisində sürüşmə hadisələrinin dinamikası azalıb. Son illərdə sürüşmə ərazilərində istinad divarları tikilir. Qaraçuxurda bu yolla demək olar ki, sürüşmələrin qarşısı alınıb. Badamdar ərazisində də istinad divarlarının inşası prosesi davam etdirilir".

Sədr əlavə edib ki, ölkə ərazisində 99 lokal sürüşmə zonası təsbit edilib və xəritələnib: "Onlardan 42-si davamlı monitorinqə cəlb edilir".

Milli.Az