Sərxoş rəfiqəsinin iki yaşlı nəvəsini yorğana büküb məscidə atıb

18 Yanvar 2023 04:16

Qazaxıstanda, Karatauda polis əməkdaşları və qohumlar mənzildən izsiz yoxa çıxan iki yaşlı uşağı bir neçə saat ərzində axtarıblar.

Milli.Az bildirir ki, bu barədə "Sputnik Qazaxıstan" Teleqram kanalı xəbər verib.

Körpənin anası polisə müraciət edib, qadın cəmi bir neçə dəqiqə mağazaya getdiyini, evə qayıdanda isə oğlunu tapmadığını bildirib. Hüquq-mühafizə orqanları oğlanın axtarışına başlayıb, yaxınlıqdakı evlərin çardaqlarına, zirzəmilərinə və girişlərinə baxış keçirilib.

Ağlayan uşaq məhəllədə olan məsciddə tapılıb. Məlum olub ki, qadın evdə olmayan vaxt anasının yanına qonaq gəlib. Onlar spirtli içki içib. Uşaq onlara mane olub, nənənin içki içən yoldaşlarından biri uşağı yorğana büküb məscidə aparıb, körpəni orada tək qoyub.

Faktla bağlı "Adam oğurluğu" maddəsi ilə cinayət işi başlanıb, oğlan anasına qaytarılıb.

İrfan Vəliyev
Milli.Az