Qarabağdakı faydalı qazıntı yataqlarından bu işlərdə istifadə nəzərdə tutulur

17 Yanvar 2023 11:39

Artıq növbəti ilin ölkə üzrə xammala olan tələbatı nəzərə alınaraq Geoloji İnformasiya Fondunda saxlanılan məlumatlar təhlil edilib və növbəti il üçün hərraca çıxarılması planlaşdırılan yataq sahələri razılaşdırılması üçün aidiyyəti dövlət qürumlarına göndərilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2023-cü ildə Agentliyin əsas prioritet sahələrindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir.

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına "Böyük Qayıdış"la bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Agentlik faydalı qazıntı yataqlarının istifadəyə verilməsi və yer təkinin mühafizəsinin təmin edilməsi ilə bağlı işləri həyata keçirəcəkdir. İlkin mərhələdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur" - deyə o qeyd edib.

Milli.Az