Xırdalanda 61 yaşlı kişi xəsarət alıb

17 Yanvar 2023 08:29

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Xırdalan şəhərində avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Məmmədov Elman Məmməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az