Bakıda qadını kişi tanışı vəhşicəsinə döydü

17 Yanvar 2023 08:19

Bakının Binəqədi rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1984-cü il təvəllüdlü Ələkbərova Elvira Azər qızı tanışı tərəfindən döyülərək xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş, aşağı ətrafların hematoması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az