Türkiyəli məşhur musiqiçidən “80-ci illər” partisi - FOTO

17 Yanvar 2023 09:00

Türkiyəli məşhur DJ Ozan Doğulu 52-ci ad gününü qeyri-adi şəkildə keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, özəl günündə "80-ci illər" adlı parti təşkil edib.

Partiyə gələn qonaqlar da buna uyğun olaraq həmin illərə aid paltarlar geyiniblər.  

Qeyd edək ki, qonaqlar arasında Ozanın qardaşı Kənan Doğulu və həyat yoldaşı Beren Saat da olub.

Milli.Az