Xoşbəxtliyin düsturu tapıldı!

14 May 2010 12:57
Amerika mətbuatının yazdığına görə, riyaziyyatçı professor Ceyms Mürrey bu düsturun cütlük arasında nikahın nə qədər uğurlu alınacağını 100% üzə çıxartdığına əmindir. Onun sözlərinə görə, cütlüyün söhbətində özünəməxsus cəbr düsturu var və oraya mənfi 4-dən müsbət 4-dək rəqəmlər daxildir. "Dəli" sözü mənfi 4-lə qiymətləndirilir. Gülüşə səbəb olan hər hansı zarafata görə isə müsbət 2 xal hesablanır. Məhz bu əsasla cütlük arasındakı söhbətləri "rəqəmlərə vuraraq" xoşbəxtlik ehtimalının faizini müəyyənləşdirmək mümkündür.

Milli.Az