Rus ordusu geniş hücuma bu tarixdə başlaya bilər

16 Yanvar 2023 23:34

Rusiya ordusu genişmiqyaslı hücumun ildönümündə son təkan verməyə cəhd edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Danilov bildirib ki, Ukrayna hər gün Rusiya ordusunun mümkün yeni hücumuna hazırlaşır:

"Yubiley ola bilər. Onlar üçün bu tarixlər nədənsə müqəddəsdir. Mart ayında da ola bilər. Biz hər gün bu cür tədbirlərə hazırlaşmalıyıq və hazırlaşırıq".

Milli.Az