İstanbul boğazında saya oturan "MKK-1" adlı quru yük gəmisi xilasetmə işləri nəticəsində saydan çəkilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, artıq boğazda gəmilərin ikitərəfli hərəkəti bərpa olunub.
Daha əvvəl bildirilib ki, Ukraynadan hərəkət edən 143 metr uzunluğunda gəmi duman səbəbindən İstanbul boğazında saya oturub.
"İstanbul boğazında Ukraynadan hərəkət edən yük gəmisi gəmi Sarıyer yaxınlığında saya oturub. Boğazda hərəkət dayandırılıb, xilasetmə işləri davam edir", -məlumatda qeyd olunmuşdu.
Milli.Az