İlin avtomobil hadisəsi - Hyundai Sonata - FOTO

14 May 2010 09:50
Təqdimat mərasimində çıxış edən Hyundai Auto Azerbaijan şirkətinin marketinq direktoru Rüstəm Məmmədov yeni Sonata-nın Hyundai Motor Company-nin tarixindəki rolundan, yeni avtomobilin xüsusiyyətlərindən, rəqiblərindən fərqli cəhətlərindən geniş söhbət açıb.

Qeyd edək ki, Hyundai Motor Company-nin dünyada ən uğurlu modeli olan Sonata Hyundai-ın yeni dizayn fəlsəfəsi ilə hazırlanan ilk modeldir. Fluidic Sculpture (Axıcı Gövdə), adlandırılan bu dizayn fəlsəfəsi təbiətdə olan axıcılığı, dinamikanı və daimi inkişafı özündə əks etdirir.
 
Yeni Sonata artıq ilk olaraq yerli bazarda, ardından ABŞ-da müştərilərə təklif edildi və çox yüksək satış nəticələrinə nail oldu. Amerikada, US NEWS  və USA Today qəzetləri tərəfindən "Ən Yaxşı Avtomobil" elan edilən Yeni Sonata may ayının 8-dən etibarən ölkəmizdə də satışa çıxarıldı.

1996-cı ildən bəri Azərbaycanda satılan Sonata modelləri artıq çox böyük istehlakçı kütləsi tərəfindən sevilir və hər yeni model özü ilə yüzlərlə insanı HYUNDAI ailəsinə gətirir. Yeni Sonata isə, bügünə kimi olan bütün Sonata-lardan çox üstündür. Bu model, ümumiyyətlə hazırda dünyada olan ən uğurlu modellərdən biri hesab olunur.

Azərbaycanda da satılan yeni avtomobillər arasında sedan sinfində ən çox paya sahib olan Sonata, bu yeni model ilə yerini daha da möhkəmlədəcək. Dizayn fəlsəfəsində olduğu kimi, istehsal baxımından da çox dəyişən və əvvəlki modeldə olan bəzi cəhətləri daha da inkişaf etdirilən bu model Hyundai Auto Azerbiajan şirkəti üçün də növbəti illərdə uğur qazanmaq üçün böyük imkan yaradır.

Yeni Sonata, 2.0 və 2.4 MPI mühərriklər ilə təchiz olunacaq. Gücü artırılmış hər iki model, sinfində ən üstün performansa sahib olan modellərdən biridir. Yeni Sonata-da bugünə kimi olmayan bir çox xüsusiyyət və texniki imkanlar təklif olunur. Ölçüləri ilə özündən əvvəlki Sonata-dan daha uzun olan Yeni Sonata, ful panorama lyuku, dinamikası və funksionallığı ilə də əvvəlki adaşından çox üstündür. Yeni Sonata-nın ərsəyə gəlməsi üçün 283 milyon dollar sərf edən Hyundai Motor Company bütün dünyada bu modelin çox uğur qazanacağından əmindir. Çünki model bütün texniki göstəriciləri, dizaynı və digər xüsusiyyətləri ilə sinfinin nümayəndələrindən çox irəlidədir.

Rüstəm Məmmədovun dediyinə görə,bütün bu üstün imkanlara malik Yeni Sonata gözlənilənin əksinə, çox münasib qiymətlərlə satışa çıxarıldı. Modelin başlanğıc qiyməti cəmi 20500 AZN-dir.

Siz də öz Sonatanızı almaq üçün Hyundai Auto Azerbaijan-ın bütün dilerlərinə müraciət edə bilərsiniz.

Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------