Türkiyəli aktrisa intihara cəhd edib? - FOTO

16 Yanvar 2023 17:20

22 yaşlı türkiyəli aktrisa Hafsanur Sancaktutanın damarlarını kəsərək intihar etdiyi iddia olunub. Məlumata görə, aktrisa keçmiş aktyor sevgilisi Denizcan Aktaşa zəng edərək özünü öldürmək istədiyini bildirib.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa xəbərlərə instaqram hesabında reaksiya verib.

O, yazılanların həqiqətə uyğun olmadığını bildirib.

Paylaşdığı fotoda qollarını göstərən Sancaktutan bu sözləri yazıb: "Belə bir foto paylaşmaq məcburiyyətində qaldım. Çox təəssüf edirəm".

Milli.Az