Masallıda şagird özünü məktəb binasından atdı

16 Yanvar 2023 15:28

Masallıda məktəbli qız intihara cəhd edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib. Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Milli.Az