Adam oğurluğunu saxtalaşdıran şəxs fidyəni gözləmədən evə qayıtdı

16 Yanvar 2023 21:14

Keniyanın Avendo şəhərində polis adam oğurluğunu təşkil edən, anasından pul gözləməyərək evə qayıdan şəxsi həbs edib.

Milli.Az bildirir ki, u barədə "The Standard" məlumat yayıb.

Yanvarın 5-də 22 yaşlı gənc anasına xeyirli gecələr arzulayaraq evdən çıxıb. Bundan sonra o, sanki hücuma məruz qalmış kimi qışqırıb. Ana qaçıb küçəyə çıxanda o yox olub. Yalnız qana bulaşmış gödəkçəsi qalıb.

Daha sonra özünü adam oğurluğu kimi təqdim edərək, fidyə olaraq anasından 20 min Keniya şillinqi (145 dollar) tələb edib. Avendo polis rəisi Matias Pombo bildirib ki, gəncin anası ertəsi gün itkin düşmüş şəxs haqqında ərizə verib.

Adam ilk gecəni qarğıdalı plantasiyasında keçirib, sonra yarımçıq tikiliyə köçüb və orada daha iki gecə keçirib. Keniyalı daha bir gününü dostunun evində keçirib, bundan sonra anasının tələb olunan pulu yığmayacağını anlayıb və evə qayıtmaq qərarına gəlib.

Keniyalı cinayəti etiraf edib və polisə bildirib ki, bir dostu onu adam oğurluğunu təşkil etməyə razı salıb. Belə ki, o, anasının təhsil üçün yığıdğı pulu mənimsəmək istəyib. Gənc pencəyini inəyin qanı ilə ləkələyib. Anası da öz növbəsində onda hər hansı pul olmadığını bildirib və onun hərəkətini şərəfsizlik kimi adlandırıb.

İrfan Vəliyev
Milli.Az