Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb - VİDEO - FOTO

16 Yanvar 2023 14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 16-da başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.

Milli.Az