"Kuruluş Osman"ın aktyorları boşandı

16 Yanvar 2023 11:29

Türkiyəli aktrisa Ayşegül Günay aktyor həyat yoldaşı Ali Sinan Dəmirdən boşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 21 ildir ailəli olan cütlük razılıq yolu ilə yollarını ayırıb.

Onlar biri-birindən təzminat və ya mülk tələb etməyib. Aktyorlar fikir ayrılığı səbəbindən boşanmağa qərar verib.

Qeyd edək ki, cütlük sonuncu dəfə "Kuruluş Osman" serialında rol almışdı.

Milli.Az