Bu ölkədə 60 qadın qaçırılıb

16 Yanvar 2023 16:24

Silahlılar Burkina Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Aribenda hakimiyyətinə istinadən məlumat yayılıb.

Məlumata görə, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadınlara hücum ediblər.

Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir.

Səlahiyyətlilər hücumların terror qruplaşmalarının yaraqlıları tərəfindən törədildiyini güman edirlər.

Milli.Az