Ukrayna ağır silah partiyası alacaq

16 Yanvar 2023 07:00

Yaxın gələcəkdə Ukrayna daha bir ağır silah partiyası alacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alman mətbuatına müsahibəsində deyib.

"Ağır silahların tədarükü ilə bağlı son öhdəliklər vacibdir, yaxın gələcəkdə daha çox (tədarük) gözləyirəm. Vacibdir ki, biz Ukraynaya lazım olan silahları çatdıraq", - deyə o bildirib.

Daha əvvəl bu həftədə Almaniyada Ukraynaya "Leopard" tanklarının göndərilməsi ilə bağlı müzakirələrin getdiyi məlum olub. Qarşıdakı həftə ərzində qərarın veriləcəyi gözlənilir.

Milli.Az