Kikabidze 3 gün sonra anasının yanında dəfn olunacaq

15 Yanvar 2023 22:29

Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze yanvarın 19-da dəfn olunacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sənətçi Tbilisidəki "Vere" qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

Məlumatda bildirilib ki, bu, Kikabidzenin vəsiyyəti olub.

Milli.Az