KTMT-nin 3 təlimi Belarusda keçiriləcək

15 Yanvar 2023 21:29

Bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimləri Belarusda keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurası katibinin birinci müavini Pavel Muraveyko STV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 4 təlimdən 3-ü Belarusda baş tutacaq.

Bunlar Çevik Hərəkat Kollektiv Qüvvələrinin "Qarşılıqlı fəaliyyət", kəşfiyyat bölmələrinin "Axtarış" və arxa cəbhənin "Eşelon" adlı təlimləridir.

Milli.Az