Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib - VİDEO - FOTO

15 Yanvar 2023 12:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az