Doğma qızı ilə intim münasibətdə olan dindar: Sonradan qızı ərə verib... - Tükürpədən faktlar - FOTO

16 Yanvar 2023 00:14

İstənilən zaman kəsiklərində Katolik Kilsəsinin əsas məğzi itaət və mənəviyyat hesab olunurdu. Lakin müxtəlif tarixi faktlar var ki, bu yüksək mənəvi dəyərlərə heç də hər zaman əməl olunmadığını göstərir.

Milli.Az bu baxımdan tarixi vərəqləyərək ən pozğun və ən qəddar Roma Papası olan Rodriqo Borcia haqqında maraqlı məlumatları dəyərli oxucularına çatdırır. VI Aleksandr adlandırılan Roma Papası Rodriqo Borcia "şeytanın qulluqçusu" obrazında tarıxdə qalmağa bacarıb.

Rodriqo Borcia zadəgan ispan sülaləsi hesab olunan Borxa (italyanca transkripsiyadan "Borcia") tayfasında dünyaya gəlib. Həmin dövr üçün çox gözəl təhsil alıb: Bolonya universitetində hüquqşünaslıq oxuyub, hərbi işdə müxtəlif uğurlar qazanıb, sonradan əmisinin Papa taxt-tacına əyləşməsilə dinə meyillənib.

VI Aleksandr ruhanilərin tarixdə mənfi mənada ən məşhur siması hesab olunur. Onun haqqında çoxlu kitablar yazılıb, filmlər çəkilib - onun qatil, tamahkar və əxlaqsız obrazı hər kəsi sadəcə dəhşətə gətirir. Onun Papalıq zamanı İntibah dövrünün ən kirli ləkəsi hesab olunur. Elə bir ailədə doğulur ki, xəyanət davranışı bu ailə üçün həyat norması idi. Atası uşağı tanımaq istəmir və sadəlövh anasını - İohann Borcianı tərk edir. Buna görə də, oğlan anasının soyadını daşıyırdı.

Rodriqo hərbçi və ya vəkil olmaq istəyirdi, amma ana onu öz gözündən rədd etmək üçün əmisinin yanına göndərir. Gənc adam ruhani olandan sonra da öz həyat tərzindən əl çəkmir. O, əyyaş həyat tərzi ilə onunla yaxın olan qadınların adlarını belə bilmirdi. Gənc onları köynək kimi dəyişirdi.

Ən dəhşətlisi budur ki, əmisi də yaraşıqlı Rodriqoya müxtəlif intim hisslər bəsləyirdi. Görünür bu ailədə əxlaq və müqəddəslik adına heç bir dəyər olmayıb.

Enerjili və təşəbbüskar Rodriqo 25 yaşında artıq kardinal ola bilmişdi. Əlbəttə, hamı elə hesab edirdi ki, belə gənc yaşında bu titula yiyələnməkdə əmisinin himayəçiliyinin rolu var. Papanın yaxın ətrafının yenicə yoğrulmuş kardinalın hərəkətləri xoşuna gəlmirdi, çünki o, şəxsi maraqlar naminə mavrlarla və yəhudilərlə şübhəli sövdələşmələrə gedirdi. 1492-ci il avqustun 26-də Rodriqo Borcianın başına Papa tacı qoyulur və VI Aleksandr adı altında fəaliyyətə başlayır. Sonradan Borcianın Papalıq dövrü tarixin "kilsə üçün ən rəzil dövrü" kimi qeyd olunacaqdı.

VI Aleksandr özünü pəhrizlə çətinə salmadı. Əksinə, ən ağlasığmaz əxlaqsızlıqlara əl atdı. Yazılır ki, ilk olaraq yaşlı qadınları özünə cəlb edir, sonra isə onların qızları ilə münasibətə girirdi.

Rəsmi həyat yoldaşı Roza da əvvəlki məşuqələrindən birinin qızı idi. Bir gün o, Rodriqoya yaxınlaşaraq bir xahişini dilə gətirir: əgər Yelenanı öldürsən, mən sənin olacağam. Gənc qızdan gələn bu təklif Rodriqonun gözlərini qamaşdırır və səhərisi gün Yelena zəhərlənərək öldürülür. Roza sözündə durur. Onların 4 övladı dünyaya gəlir - 3 oğlan, 1 qız. Atanın qızı Luksiyaya göstərdiyi xüsusi qayğı sonradan "bəhrəsini verir" - o da atası kimi iyrənc həyat tərzinin davamçısı olur. O, hər iki qardaşı ilə intim münasibətdə olur və bu iyrənclikdən övlad da dünyaya gəlir. Anası Roza biabır olmamaq üçün qardaşından peydahlanan uşağı dərhal hansısa xaç ailəsinin himayəsinə verir.

Lukseriya isə atasının təkidli nəvazişlərinə də müqavimət göstərmirdi. Pozğun ata hətta qızını ərə verir, lakin bütünlüklə onun sahibi olmağa davam edirdi. Utanmaz, əxlaqsız qadın atasından cismani həzz alırdı. 1519-cu ildə 39 yaşında vəfat edir və adı tarixə qara ləkə kimi düşür.

Tarixçilərin yazdığına görə, Lukseriya onunla daim intim münasibətlərdə olub və bu izdivacdan bir uşaq dünyaya gəlib. Rodriqo gizlətmədən uşağı təqdim edib. Lukseriya tez-tez Papanin otağında gecələyirdi və özünü hakimiyyətdə çox sərbəst aparırdı. Bundan əlavə, o, dövlət əhəmiyyətli işlərə fəal müdaxilə edir və hətta Papanın adından sərəncamlar verirdi.

VI Aleksandr qızına o qədər inanırdı ki, ona iki şəhər üzərində valilik vermişdi - Spoletto və Folinyo. Hərçənd, bu vəzifə yalnız kardinallara məxsus ola bilərdi.

Bu arada, Rodriqonun özünün başı isə zənginləşməyə və azğınlaşmağa qarışmışdı. O, aristokratları və dövrün yüksək əyanlarını iclasa dəvət edir, bir çoxu oradan sağ-salamat çıxa bilmirdilər və onların sərvətləri kilsənin balansına keçirdi. Ölümlərin səbəbləri adətən zəhərlənmə olurdu. Kimyaçılar VI Aleksandr üçün ən incə, tez təsiri olan zəhərlər hazırlayırdılar. Yeri gəlmişkən, Papa özü də gələcəkdə bu alçaq metodun qurbanı olur.

1503-ci ildə Roma Papası öz kardinalları ilə birgə şəhər kənarında olan villaya nahara gedirlər. Şərab içdikdən sonra halı kəskin pisləşir və avqustun 18-də ölür. Güman edilir ki, Rodriqonun əmri ilə həmin badə məhz başqası üçün nəzərdə tutulmuşdu, lakin tələyə özü düşüb - səhvən özünün qabağına qoyulub.

Borcia ailəsi tarixin ən dəhşətli qəbiləsi, özündə bu qədər qətl və əxlaqsızları cəmləyən ailə hesab olunur.

Zaur Həsənəliyev
Milli.Az