Müğənni Mina Hüseyn ilk dəfə bıçaq altına uzanıb.
Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, son günlər artıq çəkiləri ilə gündəmə gələn sənətçi arıqlamaq üçün cərrah masasına uzanıb.
Bədənşəkilləndirmə əməliyyatından əvvəl isə Mina "MTV maqazin" verilişinə müsahibəsində bildirib ki, onu kompleksə salan insanların davamlı olaraq onu "toppuş" adlandırması olub:
"İnsanların "Toppuşsan, ətlisən" deməkləri xətrimə çox dəydi. Ona görə narahat olmağa başladım və əməliyyat olunmaq istədim.
Qarnımdakı piyləri götürəcəklər. Sinəmi kiçiltməyəcəyəm. Çünki ana olmadığıma görə, sinəyə əl vurmaq olmaz. Həkimlər məsləhət görmür. 65 kiloqram çəkidəyəm. İstəyirəm ki, əməliyyatdan sonra 58 kiloqram çəkidə olum".
Qeyd edək ki, Mina Hüseyn sosial şəbəkə hesabında sözügedən əməliyyatın artıq icra olunduğunu və əməliyyatdan sonra özünü yaxşı hiss etdiyni yazıb.
Milli.Az