Bakıda avtomobil 16 yaşlı qızı vurdu

15 Yanvar 2023 10:46

Bakının Yasamal rayonunda 16 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

2007-ci il təvəllüdlü İsmayılova Dünya Eldəniz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az