Şəmkirdə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

14 Yanvar 2023 22:38

Şəmkir rayonunun Sabirkənd kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1992-ci il təvəllüdlü Nizami Qəribzadə və 1995-ci il təvəllüdlü Lamiyə Qəribzadə xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az