Gəncədə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

14 Yanvar 2023 21:36

Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhər ərazisində iki "VAZ" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az