Şəmkirdə minik avtomobili aşıb, xəsarət alanlar var

14 Yanvar 2023 22:33

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az