Krivoy Roqda partlayış səsləri eşidilir

14 Yanvar 2023 22:32

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayışlar baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, regionda hava xəbərdarlığı rejimi davam edir. Hazırda Kirovoqrad vilayətində də həyəcan siqnalı səslənir.

Saat 17:06-da ölkə daxilində hava hücumu elan edilib və təxminən bir saat yarım davam edib. Həyəcan siqnalı ən axırıcı Nikopol şəhərində dayandırılıb.

Milli.Az