Rusiya ordusu Kiyevə raket zərbələri endirdi, ərazidə hava hücumu xəbərdarlığı işə salındı

14 Yanvar 2023 12:37

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

Milli.Az "RBK Ukraina"ya istinadən bildirir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

O söyləyib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar "İsgəndər" raketləri ilə həyata keçirilib.

Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.

Milli.Az