Laçın yolundan RSK-ya məxsus daha 6 maşının keçidinə şərait yaradılıb - VİDEO - FOTO

14 Yanvar 2023 12:33

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan avtomobillərin sərbəst keçidi davam edir.

Milli.Az xəbər verir ki, RSK-ya məxsus daha altı təminat maşınının Xankəndindən Laçına sərbəst keçidinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Milli.Az