Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq"

14 Yanvar 2023 11:29

Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik əlaqələrin bərpasının 31-ci ildönümü münasibətilə paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Ortaq qədim tarixə və köklü mədəni irsə malik olduğumuz qardaşlıq münasibətimizi bütün tərəfləri ilə "Şuşa Bəyannaməsi" ilə taclandırdığımız Can Azərbaycanla diplomatik münasibətlərin bərpasının 31-ci ildönümü mübarək! Bir millət, iki dövlət".

Milli.Az