Türkiyə ordusunun arsenalına yeni milli helikopter daxil edilib - VİDEO

15 Yanvar 2023 05:31

Türkiyə Silahlı Qüvvələri (TSQ) milli istehsal olan texnika və avadanlıqlar sayəsində gücünü artırmaqda davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mühüm məqsədlərdə istifadə etmək üçün helikopterləri tədarük etmək layihəsi çərçivəsində T-70 tipli yeni helikopter Hərbi Hava Qüvvələrinə təslim edilib.

Bildirilir ki, T-70 tipli helikopter TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi AŞ) şirkəti tərəfindən istehsal edilib.

Arsenala yeni daxil edilən helikopter TSQ-nin Konyadakı hava qüvvələrinə məxsus hərbi hissənin xidmətinə veriləcək.

Milli.Az