Zülfiyyə: "Gözümüzün yaşında, təbəssümümüzdə, hər yerdə varsan" - VİDEO

15 Yanvar 2023 02:31

Xalq artisti Zülfiyyə Xanbabayeva ötən il dünyasını dəyişən qardaşının həyat yoldaşı ilə bağlı paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi onunla birgə çəkilmiş fotolarını sosial şəbəkə hesabında paylaşaraq, mərhumun doğum günü olduğunu yazıb.

"Alagözlü Fəridəmiz... Gözəlim, gəlinimiz. Bu gün doğum günündür. Eyni zamanda əbədiyyətə qovuşmağının düz 2 ayıdır. Sən cismən getdin. Amma gözümüzün yaşında, təbəssümümüzdə, hər yerdə varsan! Ömrümüzün sonunadək sən bizim üçün var olacaqsan. Darıxırıq", - deyə Z.Xanbabayeva qeyd edib.

Milli.Az