Qusarda FACİƏ: nənə və 7 yaşlı nəvəsi yanaraq öldü

14 Yanvar 2023 10:07

Qusar rayonunda Qələcuq kəndində yanğın baş verib.

Milli.Az bildirir ki, kənd sakini Ənvər Əlirzayevə məxsus yaşayış evi yanıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 68 yaşlı Zərəngül Əlirzayeva və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az