Laçın yolundan BQXK-nın daha 5 avtomobili maneəsiz keçid etdi - FOTO

14 Yanvar 2023 09:41

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Milli.Az xəbər verir ki, yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus dörd minik, bir təminat maşını Xankəndindən Laçın istiqamətinə keçib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Milli.Az