Bitkoinin qiyməti 10%-dən çox artıb

14 Yanvar 2023 08:10

Bitkoinin qiyməti ticarət sessiyası zamanı 10,30% artaraq 20,721 min dollara çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Coindesk"in saat 05:30 üçün olan məlumatında deyilir.

Saat 05:35 üçün bitkoinin qiyməti artmaqda davam edib və 20,793 min dollar (+10,84%) səviyyəsində alınıb-satılıb.

Milli.Az