Ədliyyə nazirliyində yeni təyinat olub

13 Yanvar 2023 22:22

Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə yeni rəis təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb. Əmrə əsasən 1-ci dərəcəli ədliyyə qulluqçusu Xəyal Əlizadə Rayon İcra və Probasiya Şöbəsinə rəis təyin edilib.

Xəyal Əlizadə bu təyinata qədər Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinin rəisi olub.

Milli.Az