Azərbaycanda 7 yaşlı məktəbli vəfat etdi - VİDEO

13 Yanvar 2023 17:04

Ötən gün Salyan rayonunun 8 saylı tam orta məktəbinin 1-ci sinif şagirdi dünyasını dəyişib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, rayonun Stansiya qəsəbəsindən olan 7 yaşlı Ağalarov Mirəşrəf Ceyhun oğlu böyrək çatışmazlığından vəfat edib. Bildirilir ki, azyaşlı uzun müddət bu xəstəlikdən əziyyət çəkib.

Milli.Az