Bakıda şokolad oğrusu tutuldu

13 Yanvar 2023 16:12

Bakıda mağazada qeyri-adi oğurluq hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın B.Sərdarov küçəsində yerləşən "Spar" marketdə qeydə alınıb.

Market rəhbərliyi polisə müraciət edərək mağazada xeyli miqdarda şokoladın oğurlandığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 33 yaşlı Rasim Abdülrəhmanov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Mahir Qocayevə məxsus avtomobildən də 500 manat pul oğurlaması müəyyən edilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Milli.Az