Türkan həmkarlarını SANCDI: "Əməliyyatları bərbaddır, dəhşətdirlər" - VİDEO

14 Yanvar 2023 06:31

"Siz "FaceApp" (fotoşop - red.) edən müğənnilər görməmisiz. Biz şəkillərimizə çox effekt vermirik, nə var, oyuq".  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Şou xəbər" verilişinə müsahibəsində deyib.  

Sənətçi orta yaşında olan xanım həmkarlarının "fotoşop" sevdasını atmacaları ilə burunlarından gətirib:

"Elə sənətkarlarımız var ki, onlara "FaceApp" yaraşmır, o qədər etməsinlər. Ayıbdır... Mən fotoşopun ən axırıncısını edirəm".  

Türkan gözəllik naminə bıçaq altına girən məşhurları da "ağ yuyub, qara sərib": "Vallah bu dəqiqə elə bərbad əməliyyat etdirən məşhurlarımız var ki... Dəhşətlidirlər. İnsan güzgünün qarşısına keçib özünə baxar ki, mən nəyə oxşayıram, bu nə üzdür?" 

Milli.Az