Pakistanda 12 milyon dollar qazandı

13 Yanvar 2023 21:00

"Halime hatun" obrazı ilə Pakistanda məşhurlaşan aktrisa Esra Bilgiçin reklam gəlirləri ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, orada bir çox reklamlarda yer alan aktrisanın ümumi gəliri 12 milyon dollardır. 

Qeyd edək ki, aktrisa sonuncu dəfə "Atatürk" serialında rol alıb. Ekran işi 2023-cü ildə yayımlanacaq.

Milli.Az