İranın nüvə sazişi dalana dirəndi - MAQATE

13 Yanvar 2023 08:22

İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi deyib.

Qrossi İrana gedəcəyinə ümidvar olduğunu qeyd edib:

"Çıxılmaz vəziyyət mövcuddur. Agentlik və şəxsən mən bu cür dəyişkən və təhlükəli məsələ ətrafında siyasi boşluğu tərk etmək istəmirik".

Milli.Az