Rusiya Luqanskda səfərbərliyə başladı

13 Yanvar 2023 07:41

Ukraynanın Luqansk vilayətinin zəbt olunmuş Alçevsk şəhərində ruslar yanvarın 9-da yerli əhali arasında növbəti səfərbərlik dalğasına başlayıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Ukraynada qoşun qruplaşmasını gücləndirir və səfərbər olunanları Belarus və Rusiyanın poliqonlarından döyüş zonasına və sərhədyanı rayonlara köçürür.

Milli.Az