Rusiya məcburi hərbi xidmət üçün yaş həddini qaldırır

12 Yanvar 2023 23:17

Rusiya məcburi hərbi xidmət üçün yuxarı yaş həddini dəyişməyə hazırlaşır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Parlamentinin Müdafiə Komitəsinin sədri Andrey Kartapolov məlumat verib.

Belə ki, məcburi hərbi xidmətə tətbiq edilən 18-27 yaş aralığının 30-a çatdırılması nəzərdə tutulur.

Həmçinin, aşağı yaş həddi 18-dən 21-ə qaldıra bilər.

Milli.Az