Rafik Nişanov vəfat edib

12 Yanvar 2023 15:18

Özbəkistan Kommunist Partiyasının keçmiş sədri, SSRİ Ali Sovetinin Millətlər Şurasının sədri olmuş Rafik Nişanov 96 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun ailəsinə yaxın jurnalist Raximcon Sultanov bildirib.

Onun məlumatına görə, 1989-cu ildən Moskvada yaşayan Nişanov Rusiyada vəfat etməyib. Hazırda onun ailəsi mərhumun harda dəfn ediləcəyini müəyyənləşdirməyə çalışır.

Rafik Nişanov ya Cenevrədə, həyat yoldaşının yanında, ya da Özbəkistanda dəfn edilə bilər.

Milli.Az