Əhməd Davudoğlu: «Sürix protokollarının iflası Azərbaycanın da maraqlarına cavab vermir»

13 May 2010 18:18
Milli.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Davudoğlu prosesin çoxsaylı çətinliklərlə üzləşəcəyini əvvəlcədən bildiklərini deyib. "Əsas odur ki, bu çətinliklərlə qarşılaşan zaman bizdə bədbinlik yaranmayıb. Bu üzdən də geri addım atmamışıq. İndi prosesi daha da irəli aparmaq vacibdir", - deyə nazir bildirib.
Ə.Davudoğlunun fikrincə, bu mərhələyə gəlib çıxdıqdan sonra geri addım atılması heç kimin maraqalarına uyğun deyil: nə Ermənistanın, nə Türkiyənin, nə də Azərbaycanın.

Milli.Az